20 Oktyabr 17:09
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

DÇ-2026-nın favoritləri bəlli olub.

Teleqraf.com xəbər verir ki, “Goal” portalı mundialın qalibi olmağa əsas namizədləri açıqlayıb.

Ötən cədvəllə müqayisədə siyahının lideri dəyişib. DÇ-2026-nın əsas favoriti artıq İspaniya millisidir. Avropa təmsilçisi son dünya çempionu Argentinanı zirvədən sıxışdıra bilib. 3-cü yerdə Almaniya qərarlaşıb.

16 favoritin yer aldığı siyahıda ABŞ, Meksika və Kanadanın da olması maraq doğurur. Onların favoritlər sırasına daxil edilməsi DÇ-2026-nın ev sahibləri olması ilə bağlıdır.

1. İspaniya;

2. Argentina;

3. Almaniya;

4. İngiltərə;

5. İtaliya;

6. Fransa;

7. Kolumbiya;

8. Portuqaliya;

9. Braziliya;

10. Niderland;

11. Xorvatiya;

12. Belçika;

13. Kanada;

14. Meksika;

15. Uruqvay;

16. ABŞ.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə keçirəcəyi dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək 48 komandanın iştirakı ilə baş tutacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər