25 Noyabr 21:56
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Arsenal" klubunun sabiq futbolçusu Niklas Bentnerə bıçaqla hücum edilib.

Teleqraf.com xəbər verir ki, o, daha iki tanışı ilə birlikdə ABŞ-nin Nyu-York şəhərində gəzərkən tanımadığı adamın hücumuna məruz qalıb.

Hər şey Danimarka millisinin sabiq hücumçusu üçün yaxşı bitsə də, 55 yaşlı dostu kürəyindən, üzündən və qulaqlarından ciddi xəsarət alıb.

Nyu-York polisi 25 yaşlı şübhəli şəxsi saxlayıb. O, adam öldürməyə cəhddə ittiham olunub.

Qeyd edək ki, N.Bentner 2005-2014-cü illərdə "Arsenal"ın futbolçusu olub, müxtəlif vaxtlarda icarə əsasında "Birmingem", "Sanderlend" ( hər ikisi İngiltərə) və "Yuventus"un (İtaliya) şərəfini qoruyub. 36 yaşlı keçmiş futbolçu son olaraq ölkəsinin "Kopenhagen" komandasında çıxış edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər