İspaniyanın “Barselona” klubunun qolkiperi Klaudio Bravo “Qranada” ilə oyunda katalon klubunun qapısını qorumaqla əlamətdar göstəriciyə imza atıb.
Derbi.Az xəbər verir ki, 31 yaşlı qolkiper La Liqada 197-ci oyununu keçirməklə Primeroda ən çox matça çıxan çilili olub. O, 196 qarşılaşmada meydana çıxan həmyerlisi İvan Samoranonun rekordunu təzələyib.
Qeyd edək ki, Bravo 2006-cı ildən Primeroda çıxış edir. O, 8 il “Real Sosiyedad”ın formasını geydikdən sonra ötən ilin yayında “Barsaelona”ya transfer olunmuşdu.