Bosniya və Herseqovinanın ən tanınmış futbolçularından olan Zvezdan Misimoviç karyerasını başa vurduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, 32 yaşlı futbolçu son olaraq Çinin "Quiçjou Renhe" klubunda forma geyinirdi.
Misimoviç karyerası ərzində "Bavariya", "Bohum", "Volfsburq", "Nürnberq", "Qalatasaray", "Dinamo" (Moskva) kimi klublarda çıxış edib.
O, sonuncu dünya çempionatının ardından millidəki karyerasını başa vurmuşdu. Misimoviç Bosniya və Herseqovina millisində 79 oyunda iştirak edərək, 26 qol vurub.