11 Mart 2015 12:56
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karlo Ancelotti "Real"dan ayrılacağı təqdirdə onun yerinə əsas namizəd Zinəddin Zidan olacaq.

Teleqraf.com com xəbər verir ki, bu barədə “Sky Sports”un jurnalisti Qrem Xanter məlumat yayıb.

Onun sözlərinə görə, Ancelottinin yerinə bir namizəd var:

“Bir namizəd var. “Real”ın planına görə, bu Zidandı. Onlar fransızın təcrübə toplamasını istəyirlər. Düşünürəm ki, Zidan da eyni fikirdədi.

Bu ağlasığmazdı, ancaq əgər Ancelotti yayda komandanı tərk edərsə, rəhbərlik “Bir il də gözləyək və Zizuya şans verək" deyəcək”.

Rüstəm


Müəllif: