"Barselona"nın futbolçusu Lionel Messi İspaniya La Liqasının vahid bombardiri olub.
ANS PRESS-in məlumatına görə, bu, İspaniya çempionatının 27-ci turunda "Eybar"a qarşı matçda baş verib.
Dubla imza atan argentinalı hücumçu bu mövsüm ölkə çempionatında vurduğu qolların sayını 32-ə yüksəldib. Bununla da o, uzun müddətdən sonra "Real"ın futbolçusu Kriştiano Ronaldonu (30 qol) geridə qoymağı bacarıb və ölkə çempionatının vahid bombardiri olub.
"Barselona" məhz Messinin vurduğu qollar sayəsində səfərdə "Eybar"a 0-2 qalib gəlib.