Futbol üzrə Almaniya Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Teleqraf.com xəbər verir ki, son oyun günündə bir görüş baş tutub. Bundesliqada çempion adını qazanan "Bavariya" "Kayserslautern"lə qarşılaşıb. Münhen təmsilçisi bu oyunda da darmadağına imza ataraq finala yüksəlib.
Qeyd edək ki, ilk oyun günündə Dortmund "Borussiya"sı "Volsfburq"a qalib gələrək birinci finalçı olmuşdu. Kubokun finalında "Borussiya" ilə "Bavariya" qarşılaşacaq.
Almaniya Kuboku
Yarımfinal
15 aprel
Borussiya (Dortmund) - Volfsburq - 2:0
16 aprel
Bavariya - Kayserslautern - 5:1