"Vest Hem" rəhbərliyi Aleks Sonqun müqavilə haqlarını "Barselona"dan almamaq qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Inside Spanish Football" məlumat yayıb. Kamerunlu futbolçu mövsümün əvvəlində özünü yaxşı tərəfdən göstərməyi bacarmışdı. Ancaq çempionatın ikinci yarısında Sonq Sem Ellardaysın etimadını qazana bilmir.
27 yaşlı futbolçunun "Barselona" ilə olan müqaviləsi 2017-ci ilə kimi nəzərdə tutulub.
Cari mövsümdə Premyer Liqada 22 matçda meydana çıxan Sonqun aktivində 1 məhsuldar ötürmə var.
Rüstəm