28 Mart 2015 15:29
2 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan çempionatında idmançının dünyasını dəyişdi

Hövsan Olimpiya Kompleksində keçirilən qaydasız döyüş üzrə Azərbaycan çempionatında baş verən ölümlə bağlı yeni görüntülər yayılıb.


Teleqraf.com ATV-yə istinadən xəbər verir ki, hadisə baş verən zaman Quba idmançısı Ramin Zeynalov rəqibin fəndinin qurbanı olub. Fəndə düşən Zeynalov ardıcıl zərbələrdən sonra huşunu itirib, sonradan məlum olub ki, idmançı dünyasını dəyişib. Səkkiz guşəli rinqdə ölüm hadisəsindən sonra Azərbaycan çempionatı dayandırılıb, yarışın digər görüşləri baş tutmayıb.


Hadisədən sonra tibbi ekspertiza üçün Ramin Zeynalovun meyidi müayinə edilib və onun ürəyinin zərbədən sonra dayandığı təsdiqlənib. Hazırda mərhum idmançının dəfn mərasimi keçirilir.


Qeyd edək ki, Ramin Zeynalovun iki yaşında bir övladı var.


Hadisənin görüntüləriniz sizlərə təqdim edirik:


Müəllif:

Oxşar xəbərlər