30 Mart 2015 11:47
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər Fondunun dəstəyi ilə “Doğma yurdum - Qarabağ” adlı gənclərin boks yarışına start verilib.

Bu barədə Teleqraf.com-a layihənin rəhbəri Əfqan Nəcəfov məlumat verib. Onun sözlərinə görə “Doğma yurdum - Qarabağ” - gənclərin boks yarışı” layihəsi işğal olunmuş doğma vətən torpaqlarının gec- tez azad etməli olduğumuzu, ermənilərin vəhşiliyini göstərmək məqsədilə boksçu gənclər vasitəsilə cəmiyyət arasında təbliğinə xidmət edir: “Layihənin əsas məqsədi Azərbaycançılıq məfkürəsini, işğal altında olan torpaqlarımızı unutmamağı gənclər arasında təbliğ etmək, bu prinsiplərə sadiq olan və onu dərindən dərk edən istedadlı, öndə olan boksu idmançı gənclərimiz arasında keçiriləcək yarışla onların potensialını üzə çıxarmaqdan ibarətdir. Elə bu məqsədlə də təbliğat xarakteri daşıyan rolap, bukletlər, köynək- papaq dəsti hazırlanacaq, dövlət atributlarımızdan olan kiçikölçülü bayraqlar alınacaq və gənclərimizə paylanacaqdır. Layihə əsasən Bakı şəhərində yerləşən boksla məşğul olan idmançı və eyni zamanda boks idman növünə azarkeşlik edən gənclərimizi əhatə edəcəkdir.

Layihədə boksçu gənclərimiz arasında “Doğma yurdum - Qarabağ” şüarı altında vətənpərvərlik hissini təbliğ edən idman yarışı keçirilməsi nəzərdə tutulub. Yarışda fəal iştirak edərək müəyyən nəticələr əldə edən gənclərimiz mükafatlandırılacaqlar".

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər