1 Aprel 2015 19:17
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnter" "Mançester Siti"nin yarımmüdafiəçisi Yaya Tureyə elçi düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb. Erik Toxir heyəti gücləndirmək üçün 60 milyon avro xərcləməyə hazırdı.

Ture Roberto Mançini ilə yenidən çalışmağın əleyhinə deyil. Mənbənin məlumatına görə, artıq tərəflər arasında danışıqlara da start verilib.

Yaya Turenin "şəhərlilər"lə olan müqaviləsi 2017-ci ildə bitir.

Rüstəm


Müəllif: