"Real"ın müdafiəçisi Rafael Varan mövsümün sonunda komandadan ayrılacaq.
Oyun praktikasının azlığından əziyyət çəkən fransalı futbolçunun Madrid klubundan ayrılmaq istədiyi bildirilir.
Əsas heyət uğrunda mübarizədə Pepe və Serxio Ramosa uduzan Varanla Avropa bir sıra klubları yaxından maraqlanır. "Çelsi"nin baş məşqçisi Joze Mourinyo da 21 yaşlı futbolçunu komandasında görmək istəyir. Fransa millisinin üzvünün yeni mövsümdən karyerasını hansı komandada davam etdirəcəyi maraq doğurur.
Qeyd edək ki, Varan cari mövsüm La Liqanın 19 oyununda forma geyinib./qol.az/