7 Aprel 2015 17:29
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Teleqraf.com-un qurumun saytına istinadən yaydığı məlumata görə, iclasda Premyer Liqanın 27 və 28-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Aprelin 1-də Premyer Liqanın XXVII turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Aprelin 5-də Premyer Liqasının XXVIII turunun AZAL - “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Simurq” - “Neftçi” matçında “Neftçi” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 74-cü dəqiqəsində “Neftçi” klubunun 2 №-li futbolçusu Karlos Kordoso aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Futbolçuya verilmiş cəzanın iki oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.


Müəllif:

Oxşar xəbərlər