Son 4 oyunda "şəhərlilər" cəmi 3 xal toplayıb. Hazırda komanda 4-cü yerə yuvarlanıb.
Teleqraf.com "Daily Mail"ə istinadən xəbər verir ki, "Mançester Siti" klubu mövsümün sonunda baş məşqçisi Manuel Pelleqrini ilə yollarını ayıracaq.
İngiltərə Premyer Liqasının son turunda Mançester derbisindəki 2:4 hesablı məğlubiyyət klub rəhbərliyinin fikrini qətiləşdirib.
Son 4 oyunda "şəhərlilər" cəmi 3 xal toplayıb. Hazırda komanda 4-cü yerə yuvarlanıb.
Mövsümün sonuna qədər istefa baş verərsə, "Mançester Siti"yə Patrik Vieyra rəhbərlik edəcək. Əfsanəvi fransız hazırda "Mançester Siti"nin gənclər komandasını çalışdırır.
Vieyra 1996-2005-ci illərdə "Arsenal"da sərgilədiyi oyunda adından söz etdirib.
Rüstəm