"Mançester Yunayted"in sabiq kapitanı Erik Kantona son açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Teleqraf.com xəbər verir ki, Kantonanın fikirinə görə, dünyanın ən yaxşı futbolçusu nə Messi, nə də Ronaldodu:
"Məncə, dünyanın ən yaxşı futbolçusu Pastoredi. Onu izləmək üçün PSJ-nin iki oyununa baxmışam. Pastorenin keçidləri qeyri-adidi.
Futbol interaktiv oyundur, Pastore isə meydanda hamını təəccübləndirən işlər görür. O, oyuna yaradıcılıq kimi baxan futbolçulardandır. Belə oyunçuları sevirəm".
Rüstəm