20 Aprel 2015 18:57
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Yunayted" PSV-nin futbolçusu Memfiz Depayın transferi üçün hərəkətə keçib. Bu barədə Hollandiya klubunun texniki direktoru Marsel Brands açıqlama verib.

Teleqraf.com xəbər verir ki, bu barədə "De Telegraaf" məlumat yayıb. Eredivizia təmsilçisinin rəsmisi belə danışıb:

"Bizim telefon söhbətimiz, yəni ilkin danışığımız olub. Amma rəsmi danışığımız hələ keçirilməyib. Deyə bilərəm ki, "Mançester Yunayted" onu almaq istəyən digər ingilis klubu "Tottenhem"dən daha çox pul təklif edib".

Daha öncə bildirilirdi ki, "Tottenhem" Depayın transferi üçün 20 milyon avro təklif edib.

Rüstəm


Müəllif: