21 Aprel 2015 20:22
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.

Trend-in məlumatına görə, "Simurq" Zaqatalada "Qarabağ"ı qəbul edib. Gərgin keçən matçda hesab açılmayıb - 0:0.

İlk qarşılaşma "Qarabağ"ın minimal hesablı qələbəsi ilə başa çatdığından iki oyunun nəticəsinə görə Ağdam təmsilçisi finala vəsiqə qazanıb.

"İnter" isə ilk oyunda 0:2 hesabı ilə məğlub olduğu "Neftçi" ilə qarşılaşır. Komandalar fasiləyə qollu heç-heçə ilə yollanıblar: Nikolas Kanales, 27 (0:1), Arif Daşdəmirov, 37 (1:1)


Müəllif: