22 Aprel 2015 12:29
343

Lui van Qal gələn mövsüm çempionluq uğrunda mübarizə aparmaq üçün hücum xəttini gücləndirmək niyyətindədi.

Teleqraf.com-un "Daily Star"a istinadən məlumatına görə, "mankunyanlar" Levandovskiyə görə "Bavariya"ya rəsmi təklif göndərib. Ancaq təklifin dəyəri açıqlanmır.

Polşalı futbolçunun menecerinin sözlərinə görə, o, "Bavariya"nı tərk etmək istəmir.

Cari mövsümdə Bundesliqada 27 matçda meydana çıxan Levandovskinin aktivində 16 qol, 4 məhsuldar ötürmə var.

Rüstəm


Müəllif: