28 Aprel 2015 13:58
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti cənab İlham Əliyev aprelin 26-da Atəşgah Məbədində alovlandırdığı məşəl Naxçıvandan Lənkərana yola düşür.

Teleqraf.com-un məlumatına görə, “Bakı-2015” birinci Avropa Oyunlarının işıq saçan rəmzinin ölkəmizin 60 regionuna 48 günlük səyahətinə start verilib.

Qeyd edək ki, məşəlin ilk estafet ünvanı Naxçıvan Muxtar Respublikası olub. Məşəl təyyarə ilə gətirilib. Naxçıvan şəhərində Avropa Oyunlarının Məşəl estafeti keçirilib. Məşəli təyyarədə Naxçıvana aparan, Monreal-1976, Yay Olimpiya Oyunlarının çempionu Rəfiqə Şabanova estafeti təhvil verdikdən sonra, 10 yerli idmançı ümumilikdə, 4.1 km məsafə qət edib.

“Məşəli daşıyan ilk insan olmaq şərəfi mənə qismət oldu”

Avropa Oyunları tarixinə ilk məşəlçi kimi düşən, Monreal 1976, XXI Yay Olimpiya Oyunlarının çempionu Rəfiqə Şabanova bu həyəcanlı anlar barədə fikirlərini belə bölüşüb: “Sevincimin həddi-hüdudu yoxdur. Avropa tarixinin ilk Oyunlarının ölkəmizdə keçirilməsi məni hədsiz qürurlandırır. Buna çox sevinirəm. Oyunların məşəlini daşıyan ilk insan olmaq şərəfi mənə qismət oldu. Açığı, belə bir şərəfə layiq görüləcəyimi gözləmirdim. Bu xoşbəxtliyi mənə bəxş edənlərə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, idmançılarımız da “Bakı-2015”də sözlərini deyəcək və xalqımızı, artıq adət etdiyimiz, qələbələrlə sevindirəcəklər”.

Əziz Əliyev prospektində, Koroğlu heykəlinin qarşısından start götürən, sonra Cəlil Məmmədquluzadə küçəsindən keçən estafetdə Xanım Xudadanova, Əfqan Qurbanov, İbrahim Musayev, Kənan Əsədov, Sahil Rüsanov, Tural Gözəlov, Fəridə Hənifəyeva, Səkinə İbrahimova, Gülxanım Cəlilova, Polad Əliyev məşəli şəhərin mərkəzində yerləşən Heydər Əliyev prospektinə gətiriblər. Burada Heydər Əliyev meydanında yürüşə yekun vurulub.

“Belə bir şərəfli missiya mənə həvalə edildiyinə görə çox xoşbəxtəm”

Estafet iştirakçısı, voleybolçu Xanım Xudadanova yürüşdən sonra keçirdiyi hissləri bölüşüb: “İlk dəfə keçiriləcək bu mötəbər idman tədbirinin ölkəmizə həvalə olunması və şəhərimizin də onun ab-havasına bürünməsi, hər bir Azərbaycanlı kimi, məni də cox fərəhləndirir. Məşəl estafetini olimpiya çempionumuz Rəfiqə Şabanovadan qəbul etdiyim üçün qəbul etdiyim üçün çox həyəcanlı idim. Bu tarixi anı yaşadığıma, belə bir şərəfli missiya mənə həvalə edildiyinə görə çox xoşbəxtəm”.

“Bu mübarizədə ölkəmizin adını uca tutmağa çalışacağam”

Məşəlçilərdən Polad Əliyev bu qürurverici mərasimin iştirakçısı olduğu üçün özünü xoşbəxt hesab etdiyini bildirib: “Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi məni də çox sevindirir. Məşəlin bölgələr üzrə səyahətinin ilk dayanacağı Naxçıvan şəhəri olduğu üçün qürur hissi keçirirəm. Voleybol komandamızın üzvüyəm. “Bakı 2015” voleybol yarışlarında da gərgin rəqabətin şahidi olacağıq. Bu mübarizədə ölkəmizin adını uca tutmağa çalışacağam”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər