2 May 2015 11:51
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəbələ” 2015/16 mövsümündə Avropa Liqasında çıxış edəcək.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” ardıcıl olmaqla, tarixində 2-ci dəfə qitə miqyaslı turnirdə Azərbaycanı təmsil etməyə vəsiqə qazanıb. Roman Qriqorçukun futbolçuları avrokubok iştirakçıları arasında yerini Azərbaycan Premyer Liqasının 32-citurunun ilk oyun günündə təmin edib.

Buna Zaqatala “Simurq”unun öz meydanında “İnter”ə 2:3 hesabı ilə uduzması səbəb olub. Xal itkisi meydan sahiblərinin ilk “dördlük”də yer alan klublara çatmayacağını rəsmiləşdirib. “Qarabağ”, “İnter”, “Neftçi” və “Qəbələ” Premyer Liqanın ilk 4 pilləsində yer alaraq qitə kuboklarında ölkəmizi təmsil edəcək. Ölkə kubokunun finalında da (“Qarabağ” – “Neftçi”) “dördlük”də yer alan klublar üz-üzə gələcəyindən digər komandalar avrokubok mübarizəsinə qoşulmayacaq.

Beləliklə, son 8 çempionat oyununda 8 qələbə qazanıb, xal hesabını 46-ya çatdıran “Qəbələ” ötən il olduğu kimi yenə mövsüm başa çatmamış Avropa Liqasına vəsiqəni təmin edib. Həmin vaxt qitə miqyaslı turnirin I təsnifat mərhələsində oynamaq hüququ qazanan “qırmızı-qaralar” Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubu ilə qarşılaşmada debüt etmişdi. İyulun 3-də Qəbələdə 0:2, 1 həftə sonra səfərdə 0:3 hesabı ilə məğlub olan komanda mərhələ adlaya bilməmişdi.


Müəllif:

Oxşar xəbərlər