İspaniya Futbol Federasiyası dünyanı şoka salan qərar qəbul edib.
Teleqraf.com Cihan-a istinadən xəbər verir ki, mayın 16-dan etibarən İspaniyanın bütün peşəkar futbol liqalarında oyunlar dayandırılacaq. Buna səbəb ölkənin federasiyasının oyunların canlı yayım hüququ ilə əlaqədar hökümətiylə anlaşa bilməməsidir.
Yeni qərara əsasən mayın 16-dan etibarən La Liqa və ikinci liqa daxil olmaqla bütün peşəkar futbol çempionatlarında oyunların müddətsiz təxirə salınacağını açıqlayıb.
Federasiya rəhbəri Angel Maria qarşıdakı günlərdə məsələ ilə bağlı İdman və Mədəniyyət Naziri Xose İqnasio ilə görüşəcəyi deyilib.
Rüstəm