“Liverpul”un kapitanı Stiven Cerard Premyer Liqanın son turunda “Çelsi” ilə 1:1 bitən oyunda fərqlənməklə Mersisayd klubunda 119-cu qolunu vurub.
Teleqraf.com xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bu göstərici ilə aktivində 118 qol olan Maykl Oueni geridə qoyaraq “Liverpul”un ən yaxşı ikinci bombardiri olub.
Hazırda 34 yaşlı Cerrardı yalnız Robbi Fauler qabaqlayır (128 qol).
Cerrard övsümün sonunda “Liverpul”u ABŞ-ın “Los Anceles Qalaksi” klubuna dəyişşəcək.
Rüstəm