"Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinalında "Barselona"ya qalib gəldikləri cavab oyunundan (3:2) sonra fikirlərini bildirib.
Teleqraf.com xəbər verir ki, təcrübəli mütəxəssis komandasının oyununu belə şərh edib:
"Komandada bir sıra problemlər var idi. Ancaq futbolçularım mövsüm ərzində bacarıqlarını ortaya qoydular. Təbii ki, finala çıxmaq istəyirdik, ancaq alınmadı. Yenə yarımfinalda dayandıq. Bu da bir uğurdu.
"Barselona"nı mübarizədən kənarlaşdırmaq olardı. Bunun üçün onları topsuz qoymaq lazım idi. Zədəli futbolçularım meydanda olsaydı, daha yaxşı oynaya bilərdik. Ancaq yenə də komandamın oyunundan razı qaldım.
"Barselona" həm müdafiədə, həm də hücumda güclü təsir bağışladı. Finalda kiminlə oynamasından asılı olmayaraq, oyun möhtəşəm alınacaq.
"Barselona"nı təbrik edirəm. Onlar finalda oynamağa layiq idi. "Barsa"nın 5-ci dəfə Çempionlar Liqasını qazanmasını arzulayıram. La Liqanı artıq qazanıblar. Messiyə gəlincə, o, yaxşı futbolçudu, Peleyə bənzəyir".
Rüstəm