13 May 2015 18:03
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Milan" "Sevilya"nın baş məşqçisi Unai Emeri ilə yaxından maraqlanır.

Teleqraf.com xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb. "Rossonerilər"in rəhbərliyi ispan mütəxəssisi komandaya gətirmək üçün futbolçuların satışından 100 milyon avroya yaxın gəlir əldə etməyi planlaşdırır. İtaliyan klubu bu yolla Emerini onun istədiyi heyəti quracaqlarına inandırmaq niyyətindədi.

Robinyo, Naycel de Yonq, Maykl Esyen, Campaolo Patsini, Salli Muntari, Filipp Mekses və Boneranın satışı "Milan"ı 35 milyon avro məvacibə qənaet etməyə imkan yaradacaq. Həmçinin "qırmızı-qaralar"ın Aqatsi, Sapata, Rami və Albertatsi ilə də yollarını ayıracağı gözlənilir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər