Libertadores kubokunun 1/8 finalı çərçivəsində "Boka Xuniors" "River Pleyt"i qəbul edib.
Teleqraf.com xəbər verir ki, Libertadores kubokunun 1/8 finalı çərçivəsində "Boka Xuniors" "River Pleyt"i qəbul edib.
Ancaq "Superklasiko" cəmi 45 dəqiqə davam edib. "River Pleyt" futbolçuları ikinci hissənin startı üçün meydana çıxmağa hazırlaşarkən tunelə yaxın yerə "Boka"lı azarkeşlər tərəfindən bibər qazı atılıb. Bunun nəticəsindən qonaqların bir neçə futbolçusu zərər çəkib.
Hakimlər və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) təxminən 75 dəqiqəlik gözləmənin ardından oyunu təxirə salmaq qərarına gəliblər.
Tərəflər arasındakı ilk qarşılaşmadan "River Pleyt" 1:0 hesabı ilə qalib ayrılmışdı.
Teleqraf.com oyundan olan videonu təqdim edir:
Rüstəm