"Atletiko" (Madrid) klubu iki futbolçusu ilə müqavilə yeniləyəcək.
Qol.Az-ın "Daily Star"a istinadən verdiyi məlumata görə, bunlar yarımmüdafiəçi Koke və hücumçu Anton Qrizmandır.
Hər iki futbolçu "Çelsi"nin maraq dairəsinə düşüb. Lakin yeni müqaviləyə əsasən adı çəkilən futbolçuların təzminat qiyməti 140 milyon avro olacaq. Bu isə o deməkdir ki, "Çelsi" Koke və Qrizmanı transfer etmək üçün 140 milyon avrosundan keçməlidir.
Qeyd edək ki, Koke cari mövsüm keçirdiyi 47 oyunda 4, Qrizman isə 51 görüşdə 25 qol vurub.