İtaliyanın paytaxtı Romada keçirilən "Internazionali BNL d'Italia" turnirində qadınların yarışında yarımfinalçıların kimliklərinə aydınlıq gəlib.
Teleqraf.com-un məlumatına görə, onların sırasında dünya üç nömrəsi Mariya Şarapova da var. Rus tennisçi Viktoriya Azarenka ilə qarşılaşıb. Qarşılaşma Maşanın üstünlüyü şəraitində keçib. İlk setdə rəqibinə 3, ikinci setdə isə 2 qeym verən Şarapova yarımfinala yüksəlib.
Şarapova - Azarenka - 2:0 (6:3, 6:2)
Rüstəm