18 May 2015 18:43
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın futbol üzrə ölkə çempionatının finalı azarkeşlər üçün unudulmaz anlarla yadda qalıb.

Publika.az xəbər verir ki, həlledici qarşılaşmada "Melburn"la "Sidney" qarşılaşıb. Meydan sahibləri görüşü 3:0 hesablı qələbə ilə başa vuraraq Avstraliya çempionu titulunu qazanıblar.

Matçdan sonra mükafatlandırma mərasimi düzənlənib. Unudulmayacaq hadisə də məhz təqdimat mərasimində baş verib. Baş mükafatı təqdim etmək üçün podiuma qalxan Avstraliya Futbol Federasiyasının (FFA) prezidenti Frenk Loui yıxılıb.

84 yaşlı multimilyarder, "Westfield" marketlər şəbəkəsinin sahibi və Avstraliya futbolunun "babası" sayılan Frenk Loui kuboku götürərək "Melburn"un kapitanı Mark Milliqana vermək istəyəndə ayağı sürüşüb və platformadan kəlləmayallaq yerə dəyib.

Xoş təsadüfdən F.Loui ağır zədə almayıb və ayağa duraraq çempionları təbrik edib.


Müəllif:

Oxşar xəbərlər