23 May 2015 11:07
794

Mətbuat konfransı keçirən Xavi Hernandes mövsümün sonunda "Barselona"nı tərk edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, "Barselona" canlı əfsanəsinə jest etməyi unutmayıb. Katalon klubunun futbolçuları La Liqanın növbəti turunda "Deportivo" ilə oynanılacaq matça xüsusi hazırlanmış formada çıxacaqlar.

Formanın ön tərəfində "Nike"nin loqosu və klubun embleminin arasında "6racies Xavi" yazılıb.

"Barselona" - "Deportivo" matçı şənbə günü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Rüstəm


Müəllif: