23 May 2015 12:57
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının 3-cü təsnifat mərhələsində ilk görüşünü keçirəcək. Rəqib Slovakiya yığması olacaq.

Azərbaycan yığması oyuna itki ilə çıxacaq. Natalya Məmmədova qolundakı ağrıların davam etməsi səbəbindən milliyə çağırılmayıb. Əvəzində analıq məzuniyyətindən qayıdan Valeriya Korotenko əsas komandada məşqləri bərpa edib.


Bu barədə Publika.az-a milli komandanın baş məşqçisi Faiq Qarayev məlumat verib:

“Bizi bu gün (23 may) Slovakiya ilə gərgin oyun gözləyir. Mayın 30-da isə cavab oyunu olacaq. Daha sonra Slovakiyadan Sloveniyaya keçəcəyik və iyunun 7-dək orada təlim-məşq toplanışında olacağıq. Toplanış müddətində ABŞ, Xorvatiya və daha 3 yığma ilə yoldaşlıq görüşü keçirəcəyik”.

Qeyd edək ki, cavab görüşü mayın 30-da Slovakiyanın Levitse şəhərindəki İdman Sarayında baş tutacaq. İki oyunun nəticəsində üstün olacaq komanda sentyabrın 26-dan oktyabrın 4-dək Hollandiya və Belçikada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə yüksələcək.


Müəllif:

Oxşar xəbərlər