Ukraynanın Lvov şəhərində boks üzrə yeniyetmələr arasında Avropa çempionatı başa çatıb.
Publika.az xəbər verir ki, millimiz yarışda 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.
Bəxtiyar Qazıbəyov (60 kq çəki) finalda türkiyəli Tuğrulhan Ərdəmiri məğlub edərək qızıl medala sahib çıxıb. Məhəmməd Abdullayev də (+80) qızıl medal qazanıb. O, finalda ukraynalı Aleksandr Xristevi üstələyib. Cavid Hüseynovla Niyaməddin Allahverdiyev isə yalnız finalda məğlub olublar. Orxan Həsənovla Şaiq Məlikov isə 3-cü yerlə kifayətləniblər.
Azərbaycan Ukraynadan sonra komanda hesabında ikinci yeri tutub.