1 İyun 2015 11:00
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Napoli" ilə yollarını ayıracaq Rafael Benites qarşıdakı həftə "Real"ın yeni çalışdırıcısı kimi ictimaiyyətə təqdim olunacaq.

Teleqraf.com xəbər verir ki, Benites Madrid klubunun yarımmüdafiə xəttini əhəmiyyətli dərəcədə gücləndirmək niyyətindədi. O, PSJ-dən Marko Verrattini və "Yuventus"dan Arturo Vidalı "Real"a gətirməyi planlaşdırır.

"Real"dan müqavilə müddətinin uzadılması ilə bağlı yeni təklif alamayan Sami Xediranın yaxın günlərdə "Yuventus"a keçəcəyi gözlənilir. Bu səbəbdən Vidalın La Liqa nəhənginə keçid ehtimalının yüksək olduğu bildirilir.

Rüstəm


Müəllif: