İrlandiya Futbol Federasiyasının icraçı direktoru Con Dileyni FİFA-dan rüşvət aldıqlarını etiraf edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, o, DÇ-2010-un pley-off mərhələsində keçirilən İrlandiya - Fransa (1:2) oyununda Tyerri Anrinin əllə oynamasına etiraz etməmələri üçün FIFA-dan pul alıqlarını deyib:
"Biz FIFA-ya isk vermək istəyirdik. Çünki Tyerri Anri əllə oynadığına görə DÇ-2010-a qatılmaq hüququna sahib ola bilmədik.
Əgər yadınızdadısa, Yozef Blatter səhnədə bizə gülümsəyirdi. Həmin gün biz buna qarşı tədbir görəcəyimizi dedim. Sonra biz razılığa gəldik.
Bu hadisə cümə axşamı baş vermişdi. Növbəti bazar ertəsi isə biz artıq razılığa gəlmişdik. Bu bizim üçün yaxşı və qanuni bir razılaşma idi. Mən məbləği açıqlaya bilmərəm. Amma pullar konfederasiyanın işlərinə sərf edildi".
"The Independent"in məlumatına görə, söhbət 5 milyon avrodan gedir.
Rüstəm