5 İyun 2015 18:49
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Komandada zədəli futbolçuların olmaması çox yaxşıdır. Bu, məni sevindirir. Bununla yanaşı, həm İsveçlə, həm də Azərbaycanla öz meydanımızda oynayacağımız üçün şadam".

Qol.Az-ın məlumatına görə, bu sözləri Norveç yığmasının baş məşqçisi Per Matias Hoqmo deyib.

Norveç mətbuatına danışan təcrübəli mütəxəssis "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacaqları millimizlə görüşdə meydana yalnız qələbə üçün çıxacaqlarını bildirib:

"İsveç Avropanın səviyyəli komandalarındandır. Onların heyətində Zlatan İbrahimoviç kimi dünyanın ən yaxşı hücumçularından biri çıxış edir. Lakin İsveçlə matç Azərbaycanla oyuna hazırlıq məqsədi daşıyır. Turnir cədvəlində mövqeyimizi daha da yaxşılaşdıra bilərik. Ona görə də, Azərbaycanla oyunda yeganə hədəfimiz 3 xal qazanmaqdır".

Qeyd edək ki, iyunun 8-də İsveçlə yoxlama oyunu keçirəcək Norveç millisi 4 gün sonra seçmə mərhələ çərçivəsində yığmamızla qarşılaşacaq. "Ullevall" stadionunda keçiriləcək Norveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Müəllif:

Oxşar xəbərlər