"Barselona" Çempionlar Liqasının finalı ərəfəsində "twitter" hesabında "Yuventus"un nailiyyətlərinin infoqrafiyasını təqdim edib.
Teleqraf.com xəbər verir ki, Kataloniya təmsilçisi bildirib ki, "Qoca Sinyora" 33 dəfə İtaliya çempionu olub. Ancaq rəsmi olaraq "Yuventus"un 31 çempionluğu qəbul edilir.
2006-cı ildə İtaliyada baş vermiş məlum "Kalçopoli" qalmaqalından sonra Turin klubunun qazandığı iki çempionluq əlindən alınmışdı. 2004/05 çempionluğu ləğv edilmiş, 2005/06 mövsümünün qalibi adı isə "İnter"ə verilmişdi.
Buna baxmayaraq, "Yuventus"un özü də merçandayzinqdə (Mağazada malın satışının metodikasını müəyyən edən marketinq prosesinin hissəsi - red.) 33 skudetto qazandığını bildirir.
Ancaq İtaliya Futbol Federasiyası, UEFA və FIFA rəsmən 31 skudettonu tanıyırlar.
Rüstəm