8 İyun 2015 09:35
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona" "Sevilya"nın futbolçusu Aleks Vidalı transfer edib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Lakin ispaniyalı futbolçunun transfer qiyməti haqda məlumat verilməyib. Vidal tibbi müayinədən keçdikdən sonra "Nou Kamp" stadionunda ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, FİFA tərəfindən "Barselona"ya transfer qadağası qoyulduğu üçün Vidal yalnız 2016-cı ilin yanvar ayından etibarən komandasına kömək edə biləcək.


Müəllif: