"Real"ın yarımmüdafiəçiləri Martin Edeqor və Marko Asensionun komandanı tərk edəcəkləri gözlənilir.
Teleqraf.com xəbər verir ki, bu barədə "AS" qəzeti məlumat yayıb. Rəhbərlik və baş məşqçi Rafael Benites sözügedən iki gənc futbolçunun oyun təcrübəsini artırmaları üçün başqa komandalara icarəyə verilməsinin tərəfdarıdılar.
"Vilyarreal" Edeqorun xidmətində maraqlıdı. Madrid klubu norveçliyə görə "Betis" və "Malaqa"nın təkliflərini də dəyərləndirəcək.
Edeqor və Asensio qış "transfer pəncərəsi"ndə heyətə cəlb olunmuşdular.
Rüstəm