25 May 2014 10:19
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan Çempionlar Liqasının "Real"la final matçından sonra maraqlı fikirlər səsləndirib.

"NTVspor"a danışan təcrübəli futbolçu finalda çempion olub, Türkiyə bayrağını dalğalandırmaq istədiyini bildirib:

"Çox ağır bir mövsüm keçirdik. Təəssüf ki, finalda uduzduq. Əgər ikinci oldunsa, səni həyatda kimsə xatırlamaz. Çempion olub, Türkiyə bayrağını dalğalandırmaq istəyirdim, ancaq bu oyunda meydana çıxmadım".

Qeyd edək ki, Arda zədə səbəbindən "Real"la görüşdə iştirak etməyib. /qol.az/


Müəllif: