23 İyun 2015 08:45
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcü futbolçu Zurab Xizanişvili karyerasını Bakının “İnter” klubunda davam etdirəcək.

Gürcüstan mətbuatının yazdığına görə, 33 yaşlı müdafiəçi Z. Xizanişvili müxtəlif illərdə Tbilisinin “Dinamo” və “Lokomativ”, eləcə də məşhur “Dandi”, “Reyncers”, “Blekbern Rovers”, “Nyukasl Yunayted” və “Kayserispor” kimi komandalarında oynayıb.

Ötən ildən Gürcüstana qayıdan futbolçu “Dinamo” və “Samtredi” klublarında oynayıb. Bu mövsümdə birinci liqada keçirdiyi 18 oyunda 1 qol vurub.

Qeyd edək ki, “İnter”in baş məşqçisi Zaur Svanadzedir. Bu klubda Z.Xizanişvili ilə yanaşı, Nika Kvekveskiri, Qiorqi Lomaia və Laşa Kasradze kimi gürcü idmançılar da var.


Müəllif:

Oxşar xəbərlər