25 İyun 2015 18:41
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika kubokunun 1/4 finalında Çili ilə qarşılaşan Uruqvay millisinin hücumçusu Edinson Kavani təxribatın qurbanı olub.

Qol.Az-ın məlumatına görə, görüşün 63-cü dəqiqəsində rəqib müdafiəçi Qonzalo Jara Kavaniyə arxadan əl ataraq onu təxribata çəkib.

Buna əli ilə reaksiya verən Kavaninin yüngül toxunuşu nəticəsində özünü yerə atan Jara onun ikinci sarı vərəqə alaraq meydandan qovulmasına nail olub.

Qeyd edək ki, oyun 1:0 hesabı ilə Çili yığmasının xeyrinə başa çatıb.


Müəllif:

Oxşar xəbərlər