İspaniya kubokunun finalında məğlub olan “Barselona” iki futbolçusunun xidmətindən məhrum olub.
Teleqraf.com xəbər verir ki, “Barsa”nın aparıcı futbolçuları – Xordi Alba və Neymar “Real”la oyunda zədələniblər. Neymarın 1 ay, Albanın isə 3-4 həftə yaşıl meydanlardan kənar qalacağı bildirilir.
Neymar sol ayağından zədə alıb. Onun mayın 18-də keçiriləcək “Atletiko” ilə oyuna qədər sıraya dönəcəyi güman edilir.