Türkiyənin ulduz futbolçusu Arda Turan yeni transfer olunduğu “Barselona” futbol klubunda meydana çıxmayacağı 6 ay müddətində heç bir komandada icarə əsasında oynamayacağını açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat FİFA-nın rəsmi internet saytında yerləşdirilib.
Arda bu müddət ərzində yeni klub yoldaşları ilə daima məşq edəcəyini və “Barselona”da vacib oyunçulardan biri olmağa çalışacağını deyib.
Qeyd edək ki, FİFA-nın “Barselona” futbol klubuna verdiyi cəza 2016-cı ilin yanvarında başa çatacaq.
Samir