12 İyul 2015 11:33
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın canlı əfsanəsi İker Kasilyasın komandadan ayrılması rəsmiləşib.

İspaniyalı qolkiper karyerasını Portuqaliyada davam etdirəcək.

"Real"ın rəsmi saytından verilən açıqlamada Kasilyasın "Portu" ilə anlaşdığı bildirilib. Yaxın günlərdə onun "Portu"ya transferinin rəsmən açıqlanacağı gözlənilir. Ötən gün sonuncu dəfə klubun bazasında olan 34 yaşlı qapıçı komanda yoldaşları ilə vidalaşıb.

Qeyd edək ki, Kasilyas "Real"da ilk rəsmi matçına 1999-cu ilin sentyabr ayında "Atletik" (Bilbao) ilə görüşdə çıxıb. Komandası ilə 18 kubok qazanan Kasilyas Madrid klubunun digər canlı əfsanəsi Raul Qonzalesdən (741) sonra "Real"da ən çox oyun keçirən (725) ikinci futbolçudur.

qol.az


Müəllif:

Oxşar xəbərlər