Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunundan (0:1) sonra “Rudar”ın baş məşqçisi Mirko Mariç Çernoqoriya mətbuatına açıqlama verib.
Teleqraf.com xəbər verir ki, o, komandasının məğlubiyyətini belə şərh edib:
“Futbolçularımı təbrik edirəm. Neyləyə bilərik? Avrokubok oyunlarında bircə səhvə görə də cəzalana bilirsən. Nəticəyə çox yaxın olsaq da, indi çox uzağıq.
"Qarabağ" 40 milyon büdcəyə malik çox güclü komandadı. Bununla belə, biz də pis oynamadıq. Qeyd etdiyim kimi, Avropa miqyaslı yarışlarda bir səhv bütün istəklərin üstündən xəttə çəkir”.
Rüstəm