24 İyul 2015 16:22
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfsanəvi cüdoçu İlham Zəkiyev 16 il öncə hərbi xidmətdə olduğu Murovdağa gedib.

Zəkiyev cəbhə bölgəsinə getməsi ilə bağlı şəkilləri Facebook səhifəsində paylaşıb.

“Əsgərlərlə görüşü Müdafiə Nazirliyi təşkil etmişdi. Mənə də təklif olunanda böyük məmuniyyətlə razılıq verdim. Əsgərlərimizlə görüşlər davam edəcək. Bundan başqa bir neçə yerdə hərbçilərimizlə görüşəcəyik”, - çempion şəkilə şərh yazıb.


Sonuncu dəfə 16 il əvvəl əlinə silah aldığını deyən Zəkiyev, görmə qabiliyyətində qüsur olsa da, bir neçə saniyə ərzində avtomatı söküb-yığıb.


Qeyd edək ki, idmançımız məhz həmin hərbi hissədə döyüş zamanı ağır yaralanıb. Düşmən snayperinin gülləsi sol gicgahından daxil olub sağ gicgahından çıxıb. Xəstəxanaya aparılan Zəkiyev 5 gün komada olub. Həkimlər idmançımızın yaxınlarına, ailəsinə “idmançı olduğu üçün ürəyi bu günə qədər dözüb, amma öləcək, gedin hazırlığınızı görün” deyib. Lakin 5 gün sonra anasının səsinə komadan ayılıb. O gündən görmə qabiliyyətini itirsə də, Azərbaycan xalqının qəlbində taxt qurmağı bacarıb.


Müəllif:

Oxşar xəbərlər