"Seltik"in baş məşqçisi Ronni Deyla Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qalib gəldikləri ilk oyun (1:0) haqda fikirlərini bölüşüb.
Teleqraf.com xəbər verir ki, təcrübəli mütəxəssis komandasının qələbəsini belə şərh edib:
"Rəqibə baxanda bizim daha çox şansımz oldu, ancaq bir qol vura bildik. Qol vurmaq üçün çox çalışdıq. Buna nail olduğumuz üçün xoşbəxtəm. Öz komandama inanıram. Səfərdə bir qol vursaq, işimiz daha yaxşı olacaq".
Avqustun 5-də Bakıda "Qarabağ" və "Seltik" arasında keçiriləcək cavab görüşü saat 21:30-da start götürəcək.
Rüstəm