3 Avqust 2015 00:44
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Madrid “Real”ının hücumçusu Kriştianu Ronaldu etiraf edib ki, vaxtilə peşəkar futbolçu olmaq barədə düşünməyib.

Teleqraf.com xəbər verir ki, forvard bildirib ki, ailəsində hamı futbolu sevir.

Portuqaliyalı ulduz deyib: “Bir dəfə küçədə oynarkən atam mənə dedi: Mən işdə olarkən niyə də sən komanda ilə məşq etmiyəsən? Mən razılaşdım və beləcə oynamağa başladım. Hər gün məşqlərə gedirdim. Atam da həmişə yanımda idi”.

K.Ronaldunun sözlərinə görə, əvvəlcə digər uşaqlardan seçildiyini düşünüb: “Heç vaxt peşəkar futbolçu olacağımı və düşünmürdüm. O vaxt yalnız oyundan zövq alırdım”.


Müəllif:

Oxşar xəbərlər