"Barselona" "Mançester Yunayted"ə keçməyə yaxın olan yarımmüdafiəçisi Pedro Rodriqeslə yollarını ayırmağa tələsmir.
Teleqraf.com xəbər verir ki, bu barədə "Sport" qəzeti məlumat yayıb. "Svinka" kimi tanınan qulaqdibi iltihabına tutulan Neymar qarşıdakı oyunları buraxacağından "Barsa" 28 yaşlı ispan futbolçunun İngiltərə klubuna transferini təxirə salmağı planlaşdırır.
La Liqa nəhəngi təkid edir ki, Pedro sabah "Sevilya" ilə keçiriləcək Avropa Superkuboku matçında iştirak etsin.
"Mançester Yunayted" isə bu transferi tez bir zamanda reallaşdırmağı və Çempionlar Liqasının pley-off mərhələsində "Brügge" ilə oyuna qədər onun adını sifariş ərizəsinə daxil etməyi planlaşdırır.
"Mançester Yunayted" Pedro üçün 30 milyon avro ödəməyə razılıq verib.
Rüstəm