10 Avqust 2015 16:03
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 11-16-da Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya Çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Teleqraf.com-a verilən xəbərə görə, çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edəcək.

Çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Böyük məşqçi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında ölkəmizi Nofəl Babayev (50 kq), Murad Məmmədov (55 kq), Kərim Cəfərov (60 kq), Ruhin Mikayılov (66 kq), Şəmistan Quluzadə (74 kq), İslam Abbasov (84 kq), Soslan Fanziyev (96 kq) və Cavid Feyziyev (120 kq) təmsil edəcək.

Gənc qızların yarışında böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında Türkan Nəsirova (44 kq), Ayan Məmmədova (48 kq), Leyla Qurbanova (51 kq), Alyona Kolesnik (55 kq), Almaz İsmayılova (59 kq), Raqnetta Qurbanzadə (63 kq), Elis Monolova (67 kq) və Səbirə Əliyeva (72 kq) iştirak edəcək. Qızlarımız avqustun 13-14-də mübarizə aparacaq.

Çempionatın son iki günündə mübarizəyə qoşulacaq sərbəst güləşçilərimizə böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyev rəhbərlik edəcək. Heyətdə Arif Hüseynov (50 kq), Mahir Əmiraslanov (55 kq), Cahid Həsənzadə (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (84 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) yer alıb.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim İntiqam Alıyev ölkəmizi təmsil edəcək.


Müəllif:

Oxşar xəbərlər