15 Avqust 2015 17:48
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın yarımmüdafiəçisi Xavyer Maskerano İspaniya Superkubokunun ilk oyununda "Atletik"ə 0:4 hesablı məğlubiyyəti şərh edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Sport" qəzeti yazib. Argentinalı oyundan sonra belə danışıb:

"Bizi dəfn etmək lazım deyil. İkinci oyunda geri dönüş edə və kuboku qazana bilərik.

Növbəti oyun? Heç nə deyə bilmərəm. Bu əyləncə gecəsi bizim evimizdə olacaq. Biz çox oyunda böyük fərqlə qalib gəlmişik. Çətin olacaq, çünki rəqib güclüdü, amma bizim də doğma meydanda şanslarımız olacaq.

Rəqibin 4 şansı var idi, hamısında da qol vurdular. Bizim də fərqlənmək üçün şanslarımız var idi. İnanırıq ki, bu məğlubiyyətin əvəzini çıxacağıq".

Rüstəm


Müəllif:

Oxşar xəbərlər